FAQ

Əlavə ödəniş olmadan geri qaytarmaq imkanı.
"Mənim üçün Sifariş Et" xidməti.
Morex.az tərəfindən bağlamalarınızın poçt ilə Azərbaycanın istənilən nöqtəsinə çatdırılması.
Daşınılan bütün bağlamaların müxtəlif risklərdən şirkət hesabına tam sığortalanması.
Türkiyədə qapıda ödəmə ("Kapıda ödəmə") xidməti.
Müasir onlayn kuryer xidməti.
Minimal çatdırılma tarifləri ilə $1-dan başlayan qiymətlər.
Sürətli və professional çatdırılma xidməti.
Bakının düz mərkəzində, əlverişli ünvanda olan ofis.
Operativ müştəri xidmətləri.


Morex.az - da qeydiyyatdan keçin

Asanlıqla www.morex.az saytımızda qeydiyyatdan keçərək Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.

 

Sifarişi ünvana göndərin

Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi yekunlaşdırın.

 

Bağlamanızı təhvil alın

Anbarımıza təhvil verilmiş məhsulu 3-5 gün müddətində Azərbaycana çatdırırıq.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:
1. Fiziki çəki 
2. Həcm çəkisi 
Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır.
Hər hansı bir uzunluq gösətiricisi 40 sm-dən artıq olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.
Hesablanma qaydasını nəzərinizə çatdırırq.
En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)

Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yükün xarici anbara daxil olmamışdan ƏVVƏL morex.az saytında olan şəxsi hesabında  “BƏYAN  ET” bölməsində məlumatların təqdim edilməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Teslimat no,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi ( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, Kargo takip numarası, Barkod no)  mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.

İstisnalar:

Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Belə olduqda isə yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.

Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.

 

Bağlamaların Azərbaycana çatdırılması müddəti məhsulların xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir. Bağlamalarınız bizim anbara daxil olduqdan sonra 5 iş günü ərzində Azərbaycan Respublikasına çatdırılır.

Ünvan: Bakı şəhəri. Nəsimi rayonu, Nizami küçəsi 184

İş saatları:
Müştəri xidmətləri və Mənim üçün Sifariş Et xidməti:

Bazar ertəsi - Cümə:                       10:00 - 19:00
Şənbə:                                            10:00 - 18:00

Anbar hər gün:                               10:00 - 19:00

Müştəri məmnunluğunu önəmsədiyimizdən bağlamaların daşınma haqqı istəyə görə qəbul edilir. Ödəniş qəbulu üsullarımız belədir:

  • morex.az saytı ilə onlayn
  • morex ofisində nəğd şəkildə
  • POS-terminal vasitəsi ilə

Əgər sifariş verdiyiniz bağlamaları ofisə yaxınlaşaraq təhvil almağa vaxt baxımından imkan olmasa bunu yaxın bir adama etibar edə bilərsiniz. Etibar etmək üçün isə morex.az saytındakı hesabınıza daxil olaraq "Etibarnamələr" bölməsində etibar edəcəyiniz insanın şəxsiyyət vəsiqəsindəki məlumatları qeyd etməlisiniz. Bununla da etibar etdiyiniz insan sizə məxsus müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə ofisimizə yaxınlaşıb bağlamanızı sizin əvəzinə təhvil ala biləcəkdir. Həmçinin etibar edəcəyiniz şəxslərin sayında heç bir limit yoxdur. Neçə insanın istəsəniz məlumatlarını qeyd edə, etibar edə bilərsiniz. 

Daşınması qadağan olan məhsullar:

  • Dezodorantlar.
  • Mobil telefonlar.
  • Müxtəlif növ batareyalar, powerbank-lar.
  • Qida məhsulları.
  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
  • Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
  • Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
  • Canlı heyvanlar.
  • Bitki və toxumlar.
  • Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
  • Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
  • Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
  • Pul əskinasları, sikkələr.
  • Akkumulyatorlar.
  • Batareyalar.
  • Mühərriklər.
  • Hover Board skuterlər.
  • Maşın yağları və maşın yağının olduğu bütün mallar.
  • Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
  • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
  • Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
  • Türkiyədən sənət əsərləri, müxtəlif  sənədlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən bu məqamı nəzərə alasınız. 

Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik.  Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edir, Azərbaycana daşınma üçün olan xidmət haqqı isə bu məbləğə daxil deyildir.

Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı saytımızdan əldə edə bilərsiniz:

 

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazım olur. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq başqa cür adlandırılır. Bağlamanı izləmək üçün  UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək onun mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. 
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edə bilərsiniz.⁣⁣

Kuryer sifarişini morex.az saytındakı hesabınıza daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. "Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə keçid edin.⁣⁣

Bağlamalarınızı 24 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.

Onlayn alış-veriş bir zövqdür. Bu zövqü yaşamaq hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Poçt çatdırılması üçün sifariş bağlamanız Bakı ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən bunu artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və  poçt tariflərini dövlət poçtu tərəfindən təyin edilir. 1 kq üçün ödəniş 3 AZN-dir. Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli, müştərinin hər hansı bir borcu olmamalıdır. Biz poçtla çatdırılma üçün Sizin balansınızdan yalnız dövlət poçtunun təyin etdiyini məbləği silirik. Artıq olan məbləğ balansınızda qalır. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir. Yuxarıda yazılan şərtlər tamamlandıqdan sonra bağlamalarınızın poçtla çatdırılması üçün müştəri kodu, ad, soyad, rayon, poçt indeksi, təhvil alacaq şəxsin adı və əlaqə nömrəsi bizə təqdim edilməlidir.
Poçt sifarişi etmək üçün bizə sosial şəbəkələr,  e-mail vasitəsilə yaza və ya 012 555 02 03 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.⁣

Şirkətimiz bağlamaların geri qaytarma xidməti təklif edir.

Xidmət qaydaları isə sadədir:

Morex  "Mənim üçün Sifariş Et" xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir. 

Şirkətimiz vasitəsi ilə yalnız daşınması həyata keçirilən bağlamaların qaytarılması isə ödənişli əsaslarla həyata keçirilir. 
Qaytarılma tarifi daşınma tariflərinə görə bağlamanın çəkisi əsasında müəyyən edilir. 
Şərtlər: 
Bağlama yalnız səhv məhsul göndərilən zaman, məhsul zədəli, qüsurlu (Qüsur ofisdə aşkarlanmalıdır.) olduqda, rəngi və ya ölçüsü səhv gələrsə, geri qaytarılır. 
Bağlama geri qaytarılma üçün Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 2 iş gün ərzində məhsul ofisi tərk etmədən yoxlanılarsa və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi ilə qəbul olunur. 
Qeyd:
Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir.
Geri qaytarılma yalnız satıcı mağazanın qaytarma şərtləri daxilində həyata keçirilir.

Biz anbarımıza daxil olan bütün bağlamaları sığorta etdiririk. Bütün bunlar şirkət hesabına edilir və müştəridən heç bir əlavə ödəniş alınmır. 

Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq.

Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile” və sair tipli) əlavə olunmuş bütün həssas məhsulları şirkətimiz hesabına sığortalayırıq.

 

Xarici anbarın iş qrafiki aşağıdakı kimidir:

Türkiyə anbarı:
Bazar ertəsi – Cümə:     9:00 – 18:00
Şənbə:                          9:00 – 13:00
Bazar:                         Qeyri-iş günü