28 may
Xalqlar Dostluğu
Sumqayıt
Bəyənmədiyiniz məhsulu geri qaytarmaq imkanı.
"Mənim üçün Sifariş Et" xidməti.
Morex.az tərəfindən bağlamalarınızın poçt ilə Azərbaycanın istənilən nöqtəsinə çatdırılması.
Müasir onlayn kuryer xidməti.
Minimal çatdırılma tarifləri ilə $1-dan başlayan qiymətlər.
Sürətli və professional çatdırılma xidməti.
Bakının düz mərkəzində, əlverişli ünvanda olan ofis.
Operativ müştəri xidmətləri.
Morex.az - da qeydiyyatdan keçin
Asanlıqla www.morex.az saytımızda qeydiyyatdan keçərək Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.
Sifarişi ünvana göndərin
Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi yekunlaşdırın.
Bağlamanızı təhvil alın
Anbarımıza təhvil verilmiş məhsulu 3-5 gün müddətində Azərbaycana çatdırırıq.
Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yükün xarici anbara daxil olmamışdan ƏVVƏL morex.az saytında olan şəxsi hesabında “BƏYAN ET” bölməsində məlumatların təqdim edilməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Teslimat no,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi ( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, Kargo takip numarası, Barkod no) mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.
İstisnalar:
Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Belə olduqda isə yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.
Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu, Nizami küçəsi 184 (28 May filialı)
İş saatları:
Müştəri xidmətləri və Mənim üçün Sifariş Et xidməti: 7/24
Anbar hər gün: 10;00-24:00 (28 May filialı)
Anbar hər gün (bazar günü istisna): 10:00-20:00 (Sumqayıt və xalqlar filialı)
Müştəri məmnunluğunu önəmsədiyimizdən bağlamaların daşınma haqqı istəyə görə qəbul edilir. Ödəniş qəbulu üsullarımız belədir:
Əgər sifariş verdiyiniz bağlamaları ofisə yaxınlaşaraq təhvil almağa vaxt baxımından imkan olmasa bunu yaxın bir adama etibar edə bilərsiniz. Etibar etmək üçün isə morex.az saytındakı hesabınıza daxil olaraq "Etibarnamələr" bölməsində etibar edəcəyiniz insanın şəxsiyyət vəsiqəsindəki məlumatları qeyd etməlisiniz. Bununla da etibar etdiyiniz insan sizə məxsus müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə ofisimizə yaxınlaşıb bağlamanızı sizin əvəzinə təhvil ala biləcəkdir. Həmçinin etibar edəcəyiniz şəxslərin sayında heç bir limit yoxdur. Neçə insanın istəsəniz məlumatlarını qeyd edə, etibar edə bilərsiniz.
Daşınması qadağan olan məhsullar:
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən bu məqamı nəzərə alasınız.
Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik. Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edir, Azərbaycana daşınma üçün olan xidmət haqqı isə bu məbləğə daxil deyildir.
Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı saytımızdan əldə edə bilərsiniz:
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazım olur. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq başqa cür adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək onun mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edə bilərsiniz.
Kuryer sifarişini morex.az saytındakı hesabınıza daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. "Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə keçid edin.
Bağlamalarınızı 48 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.
Onlayn alış-veriş bir zövqdür. Bu zövqü yaşamaq hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Poçt çatdırılması üçün sifariş bağlamanız Bakı ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən bunu artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və poçt tariflərini dövlət poçtu tərəfindən təyin edilir. 1 kq üçün ödəniş 4 AZN-dir. Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli, müştərinin hər hansı bir borcu olmamalıdır. Biz poçtla çatdırılma üçün Sizin balansınızdan yalnız dövlət poçtunun təyin etdiyini məbləği silirik. Artıq olan məbləğ balansınızda qalır. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir. Yuxarıda yazılan şərtlər tamamlandıqdan sonra bağlamalarınızın poçtla çatdırılması üçün müştəri kodu, ad, soyad, rayon, poçt indeksi, təhvil alacaq şəxsin adı və əlaqə nömrəsi bizə təqdim edilməlidir.
Poçt sifarişi etmək üçün bizə sosial şəbəkələr, e-mail vasitəsilə yaza və ya 012-310-87-88 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Şirkətimiz bağlamaların geri qaytarma xidməti təklif edir.
Xidmət qaydaları isə sadədir:
Morex "Mənim üçün Sifariş Et" xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir.
Xarici anbarın iş qrafiki aşağıdakı kimidir:
Türkiyə anbarı:
Bazar ertəsi – Cümə: 9:00 – 18:00
Şənbə: 9:00 – 13:00
Bazar: Qeyri-iş günü
Bildirmək istərdik ki, eyni zamanda anbara həddən çox yük qəbul oldunuğu üçün bağlamalar təhvil alındıqdan sonra 48 saat ərzində emal olunur və müştərilərin hesablarına yerləşdirilir. Xarici anbarların iş saatlarına “Xarici anbarların iş saatları” bölməsində tanış ola bilərsiniz.
Biz yalnız anbarın iş saatları çərçivəsində təhvil verilən və anbar əməkdaşlarının imzası ilə təsdiq olunan bağlamalara görə məsuliyyət daşıyırıq.
Bağlamanız qeyd olunan vaxt ərzində hesabınızda əks olunmadıqda araşdırma aparılması üçün MRX nömrənizi, bağlamanın trek nömrəsini, hansı kuryer xidməti ilə çatdırıldığını və bağlamanızın invoys sənədini [email protected] elektron poçt ünvanına yazaraq müraciət edin. Müraciətiniz araşdırılacaq və e-mailla məlumat təqdim olunacaqdır.
Nəzərinizə çatdırırıq ki, Bakı anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 10 (on) gün müəyyən edilib. Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə bağlamanın anbarda saxlanıldığı hər əlavə gün üçün hər 0.50 AZN miqdarında saxlanc haqqı tutulur.