Türkiyədən Çatdırılma | Sərfəli və sürətli | Morex.az

Türkiyədən Çatdırılma | Sərfəli və sürətli | Morex.az

Ölkə xaricindən onlayn alış-veriş edərkən yerli alıcıların ən çox üstünlük verdiyi Amerika, Çin, Almaniya kimi ölkələr arasında Türkiyə ilk sırada yer alır.  

Azərbaycanın e-ticarətdən tez tez istifadə edən müştərilər Türkiyədə fəaliyyət göstərən yüzlərlə onlayn mağazadan minlərlə fərqli çeşiddə məhsul sifariş edir. Türkiyə mağazalarına bu qədər böyük marağın olmasının əsas səbəbi isə qiymətlərin həddən artıq sərfəli olmağıdır.

Azərbaycanda e-ticarətdən intensiv şəkildə istifadə edən müştərilər çoxdur. Onlar Türkiyədən sayı yüzlərlə olan mağazalardan demək olar, hər çeşiddə məhsul sifariş edirlər. Bunun başlıca səbəbi isə Türkiyədən çatdırılma zamanı ödədikləri məbləğin ölkədən aldıqları məhsulun məbləğindən hardasa, 2 dəfə ucuzdur. İkinci bir səbəb isə, Türkiyədən çatdırılma edərkən ölkəmizdə mağazası olmayan brendlərin məhsullarını əldə etmək mümkündür. 

Türkiyədən çatdırılma etmək üçün ilk növbədə siz məhsul alacağınız platformadan məhsulu ölçünüzə uyğun seçib, səbətə əlavə edirsiniz. Növbəti addımda isə Türkiyədən çatdırılmanı həyata keçirəcək karqo şirkətini müəyyən edirsiniz. Morex alıcıların büdcəsinə uyğun tariflərlə sizlərin xidmətinizdədir.

Şəkil 1.

Bəs Türkiyədən çatdırılma etmək üçün Morex-də qeydiyyatdan necə keçməli?

Şəkil 2.

İlkin olaraq, Morex.az saytına daxil olursunuz. Pəncərənin sağ yuxarı küncündə qeydiyyat yazısına kliklədikdə aşağıda yeni pəncərə açılır. Şəkil 1də gördüyünüz kimi, siz xanalarda

  1. Adınızı və soyadınızı

  2. Elektron poçt ünvanınızı

  3. Aktiv istifadə etdiyiniz əlaqə nömrənizi

  4. Doğum tarixinizi

  5. Cinsinizi

  6. Yaşadığınız ünvanınızı

  7. Şəxsiyyət vəsiqəsinin nömrəsi və fin kodu doldurmağınız mütləqdir. Daha sonra isə sayta giriş edəcəyiniz zaman sizə lazım olacaq kodu yazırsınız. Son olaraq isə üzvlük haqqda müqaviləni təsdiqləyərək qeydiyyatı tamamlayırsınız.

 

 

Şəkil 3.

Daha sonra Morex-in saytında sizin üçün şəxsi profil yaradılır. Sol tərəfdə sizə məxsus menyunu görə bilərsiniz. Ilkin açılan pəncərədə sol küncdə ən yuxarıda siziin ad soyadınız və ID kodunuz görünür. Açılan pəncərədə göstərilən məlumatlar Morex-in Türkiyədəki ünvanına məxsusdur. 

Şəkil 4.

 

 

Əgər artıq alacağınız məhsulu dəqiqləşdirmisinizsə, Şəkil 5-də gördüyünüz kimi “Öncədən bəyan et”-ə klikləyirsiniz. Daha sonra boş xanalarda

  1. Təslimat nömrəsini( hansı ki, bu kodu Trendyol sizin elektron poçt ünvanınıza göndərir.)

  2. Mağazanın adı (alış-veriş etdiyiniz platformada mövcud olan hansı mağaza və ya butikdən məhsul alırsınızsa onun adını qeyd edirsiniz.)

  3. Kateqoriya (yazıya kliklədikdə aldığınız məhsulun adını tapıb seçirsiniz)

  4. İnvoys qiyməti

  5. Sifariş nömrəsi

  6. Sifariş tarixinini qeyd edirsiniz.

Şəkil 5.

 

Son olaraq isə, “Bağlamalarım” hissəsinə daxil olaraq, Türkiyədən çatdırılma zamanı məhsulunuzla bağlı bütün məlumatları detallı şəkildə izləyə bilərsiniz. Daha ətraflı Şəkil 6-da görə bilərsiniz.

Şəkil 6.

 

Növbəti yazımızda isə “Smart Customsda necə bəyan olunur?” haqqda oxuyacaqsınız.

 

 

 

 

 

 

 

Oxşar xəbərlər