Türkiyədən Çatdırılma | Karqo Şirkəti | Morex.az

Türkiyədən Çatdırılma | Karqo Şirkəti | Morex.az

Azərbaycan bazarında Türkiyədən çatdırılma edən bir çox şirkət var. Türkiyədən çatdırılma edən şirkətlər iki yerə ayrılır. Birinci növ şirkətlər sifarişinizi  qısa zamanda Türkiyədən Azərbaycana çatdırır, lakin təklif etdikləri qiymətlər çox yüksək olur. İkinci növ şirkətlər münasib qiymət təklif etsələr də, Türkiyədən çatdırılma edərkən sürətləri tısbağadan bir az fərqlənir. Morex Karqo sürət və qiymət arasındakı qızıl nisbəti yaradan şirkətdir. Türkiyədən çatdırılma xidmətini həm sürətli, həm də münasib qiymətə təklif edirik. Türkiyədən Azərbaycana sifariş etmək istədiyiniz məhsulun yerləşdiyi linki kopyalayaraq bizə göndərirsiniz, Morex Karqo olaraq qapınıza qədər çatdırılma edirik. Türkiyədən geyimlər sifariş edərkən büdcənizə 4 dəfəyə qədər qənaət edə bilərsiniz. Sizə sifariş edə biləcəyiniz bəzi məhşur Türkiyə saytlarını təqdim edirik.

Misalçün, Trendyol Türkiyənin ən böyük alış-veriş saytlarından biridir. Trendyoldan geyim, aksesuar, ətir və s. məhsullarının sifarişi mümkündür. Trendyol-un daxilində tanınmış markaların çoxunun səhifələri yerləşir. Bundan əlavə, Trendyol-un özünün istehsal etdiyi geyim çeşidləri də var. Saytın kateqoriyalar üzrə axtarış sistemi çox yaxşı təşkil edilib. Siz istədiyiniz məhsulu, bədən ölçülərinizi, rəngini və s. yazaraq çox da vaxt itirmədən istədiyiniz məhsulları filtrləyərək tapa bilərsiniz. Trendyol tez-tez elan etdiyi endirim kampaniyaları ilə də məşhurdur. Sosial şəbəkələrdə Morex Karqo şirkətinin səhifələrini izləyərək müntəzəm olaraq bu kampaniyalardan xəbərdar ola bilərsiniz. Türkiyə saytlarının böyük alış-veriş saytlarının çoxunun işləmə prinsipi oxşardır. Məsəlçün, Hepsiburada, Gittigidiyor, N11.com və s.

Bəs yaxşı Türkiyədən sifariş və Türkiyədən Azərbaycana çatdırılma prosesi necə baş verir? İlk öncə, Türkiyənin məhşur saytlarına daxil olursunuz. İstədiyiniz məhsulu seçirsiniz. Morex Karqo şirkətinin saytı olan Morex.az-da qeydiyyatdan keçirsiniz. Məhsulun linkini kopyalayaraq bizə yollayırsınız. Biz sizin əvəzinizə məhsulu həmin saytdan sifariş edirik. Məhsul ilk öncə Morex Karqonun Türkiyə ofisinə gəlir. Daha sonra məhsulu Türkiyədəki əməkdaşlarımız Bakıya yollayır. Bakıda ofisimizə məhsul çatdıqdan sonra sizin istəyinizə əsasən sifarişiniz ünvanınıza Morex Karqonun kuryer əməkdaşları tərəfindən çatdırılır. Nəticə etibarı ilə hər saniyənin qızıl sayıldığı zamanda sizin sərf etdiyiniz vaxt minimuma enir. Ən maraqlı məqamı isə bu sizə dəfələrlə ucuz qiymətə başa gəlir. Koronavirusun son zamanlarda çox yayılmasını nəzərə alsaq, Morex Karqo sizin üçün minimum canlı ünsiyyət şəraiti də yaradır. Nəticə etibarı ilə büdcənizə qənaət edirsiniz, vaxtınıza qənaət edirsiniz və koronavirus təhlükəsindən yayınırsınız.

 

Bəs Morex Karqonun qiymətləri necədir?

1 kq və daha çox olan məhsullarda Türkiyədən çatdırılma üçün aldığımız xidmət haqqı 3.5 $/kq olaraq hesablanır. Qiymət maye məhsullarında 4.5 $/kq olaraq hesablanır. Türkiyədən Azərbaycana çatdırılma edən şirkətlər arasında bu qiymət ən sərfəlisidir. Bundan əlavə Morex Karqo müştəriləri olan insanlardan referans alaraq Türkiyədən çatdırılma zamanı necə sürətli xidmətə malik olduğumuzu da öyrənə bilərsiniz.

Bəs əgər mənim məhsulumun çəkisi 1 kq-dan azdırsa, yenə də 1 kq məhsulun çatdırılma qiymətini ödəyəcəm? Xeyr, bir çox karqo şirkətindən fərqli olaraq Morex Karqo şirkətində belə bir prinsip yoxdur. Əgər sizin Azərbaycana sifariş etdiyiniz məhsul 0-100 qram arasındadırsa 0.8 $, 101-250 qram arası 1.6 $, 251-500 qram arası 2.4 $, 501-750 qram arası 3.12 $ olaraq hesablanır. Yəni kiçik bir məshul sifariş etdiyiniz zaman Azərbaycana çatdırılma üçün əlavə pul ödəməyinizə ehtiyac qalmır.
Morex.az saytındakı kalkulyatordan istifadə edərək məhsulunuzun Azərbaycana çatdırılma qiymətini daha dəqiq hesablaya bilərsiniz.

Morex Karqo olaraq əsas missiyamız sizə keyfiyyətli xidmət göstərməkdir. Çünki sizin məmnuniyyətiniz bizim əsas motivasiyamızdır. Morex Karqonu sınayın, əmin olun, daha sonra bütün yaxınlarınıza bizi tövsiyyə edəcəksiniz.

Elə indi qeydiyyatdan keçərək sifariş verməyə başlaya bilərsiniz