Morex az saytında qeydiyyat necə baş verir?-BU TAMAMİLƏ PULSUZDUR

Morex az daşınma və kuryerçilik işinə professional yanaşan insanların ortaq inisiativi əsasında qurulmuş müasir daşınma şirkətidir. Bizim əsas istəyimiz müştərilərin maksimum məmnunluğudur. İnternet səhifəsinə daxil olduqdan sonra yuxarı sağ küncdə saytda qeydiyyat və istifadəçi panelinə daxil olmaq üçün keçidlə rastlaşacaqsınız.

Aydın məsələdir ki, istifadəçi panelinə daxil ola bilməkdən ötrü ilk öncə qeydiyyatdan keçmək gərərkir. Saytda qeydiyyatı daha ətraflı izah edək:

Qeydiyyyat yazılan yerin üzərinə daxil olduqdan sonra şəxsi məlumatlarınızı daxil etməlisiniz. Şəxsi məlumatların daxil edilməsi morex şirkətinin sizin barədə informasiyaya malik olması və sizə yüksək səviyyəli xidmət göstərə bilməsindən ötrüdür. Burada ilk qeyd edəciyiniz məlumat adınız və soya adınızdır. Daha sonra elektron poçt ünvanınızı və doğum tarixinizi yazırsınız. Müştərilərə individual yanaşa bilməyimizdən ötrü digər vacib məlumatları da qeydiyyat zamanı əldə edirik. Bu məlumatlar cins kateqoriyası və qeydiyyat ünvanı da ola bilər. Eləcə də, yaş və doğum gününüz barədə məlumatları əldə edirik ki, sizə bir müştəri kimi daha çox diqqət ayıra bilək.

Növəti hissələr isə rəsmiyyət və təhlükəsizliklə bağlıdır. Əslində bunlar bir-birindən ayrı deyil. Morex.az internet texnologiyaların ən son yeniliklərini tətbiq edir. Bu səbəbdən də, istifadəçilər barədə məlumatlar müştəri məmnunluğu səviyyəsinin artırılması məqsədi ilə bizdə saxlanılır. Şəxsiyyət vəsiqəsi  üzrə məlumatlar isə xidmətlərin göstərilməsini təmin etmək üçün və gələcək sifarişlər zaman prosesin asanlığını artırmaqdan ötrü lazımdır. Ümumilikdə bütün proseslər isə qüvvədə olan qanunvericiliklə aparılır. Müştərilərlə Morex şirkəti arasında münasibətlər isə xüsusi razılıqla tənzimlənir. Bu razılıqda da məqsəd müştəri məmnunluğunu təmin etməkdir. Xüsusi razılığın mətni ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz. Xüsusi razılıq mətni həmçinin qeydiyyat panelində də öz əksini tapmışdır və qeydiyyatdan öncə onu qəbul etmək gərəkir. Sonda isə onu qeyd etməyi vacib hesab edirik ki, morex.az olaraq sizin hər biriniz bizim üçün çox önəmli və vacibsiniz. Bu tip məqalələrin məqsədi də potensial və cari müştərilərimizin məlumatlılığını artırmaqdan ibarətdir. Çünki məlumatlı müştəri razı və məmnun müştəri deməkdir. Əgər bəyəndinizsə morex.az-a aid bu yazını sosial şəbəkələrdə paylaşa və ya linki dostlara göndərə bilərsiniz.

Oxşar xəbərlər