Karqo şirkəti olaraq missiyamız və fərqlərimiz | Morex.az

Karqo şirkəti olaraq missiyamız və fərqlərimiz | Morex.az

Hal-hazırki dövrümüzdə ən aktual məsələlərdən biri olan karqo şirkəti, yəni onlayn çatdırılma  xidmətidir. Morex.az olaraq sizlərə bu haqda məlumat vermək istəyirik. Bildiyiniz kimi çox insan yerli olmayan xarici brend markalardan geyim sifariş edir. Bu geyimləri günümüzdə ən məhşur saytlardan olan Trendyol saytı vasitəsi ilə Türkiyədən sifariş edirlər. Əvvəlki illərdə Türkiyədən Azərbaycana çatdırılma bizə əlçatmaz gəlirdi və təəssüf ki, xaricdən ölkəmizə heç bir karqo çatdırılma xidməti yox idi. Siz əvvəl ölkəmizdə yerləşən geyim mağazalarından alış-veriş etməli olurduz, amma bu gün Trendyoldan, karqo şirkəti vasitəsi ilə keyfiyyət olaraq, büdcə olaraq, çeşid olaraq daha səmərəli geyim əldə edə bilərsiniz. İndi rahat şəkildə dostunuz, tanışınız geyiminizi bəyəndikdə “bu geyimi xaricdən almışam” deyə bilərsiniz, çünki müasir dövrümüzdə bu mümkün və sözün əsl mənasında olduqca əlçatandır. Artıq hər kəs sadəcə bir toxunuşla zövqünə uyğun geyimi çox rahatlıqla əldə edə bilər. Bu zaman təbii ki, ortaya belə bir sual çıxır. Bəs bu geyimlər bu qədər rahatlıqla necə əldə olunur? Bu zaman köməyinizə karqo şirkəti olan Morex.az çatır. Ölkəmizdə bu çatdırılma xidmətini yerinə yetirən çox kargo şirkətləri var. Bəs bu zaman Morex.az karqo şirkəti sizə necə kömək edir? Sadəcə Morex.az saytından qeydiyyatdan keçirsiniz və lazım olan  şəxsi məlumatları (şəxsiyyət vəsiqənizin seriya nömrəsi, bank kartınızın hesab nömrəsi, adınız, soyadınız, və s.) daxil edirsiniz. Öz yaşadığınız ünvanı qeyd edirsiniz. Trendyol saytında isə Morex.az karqo şirkətinin xaricdə olan ünvanını qeyd edirsiniz. Bu zaman Azərbaycanda olan və Türkiyədən Azərbaycana çatdırılma xidməti göstərən karqo şirkətləri kimi Morex.az da Türkiyədə sizin sifarişlərinizi öz xarici anbarında qəbul edir və cəmləşdirir. Morex.az olaraq tam professional komanda ilə müştəri məmnuniyyətinə önəm veririk. Karqo ilə sifariş etdiyiniz bütün məhsulları olduqca sürətli və heç bir problemi olmadan çatdırırıq. Siz Trenyoldan sadəcə geyim yox, bununla yanaşı texnologiya, məişət əşyaları, bijuteriya, aksesuar və bunun kimi digər məhsulları da əldə edə bilərsiniz. Bütün daşınma xidməti göstərən karqo şirkətləri kimi Morex.az da da ödəniş şərtləri özünəməxsusdur. Bəs ödəniş necə olur?  Siz, ilk növbədə, Türkiyədən Trendyol saytı və ya applikasiyası ilə sevdiyiniz məhsul, yaxud da məhsulları öz ölçünüzə və zövqünüzə uyğun seçirsiniz. Seçiminizi etdikdən sonra məhsulu öz səbətinizə əlavə edirsiniz. Məhsulu sifariş etmək istədiyiniz zaman bank kartı hesab nömrənizi qeyd edərək ödənişi edirsiniz. Sifariş etdiyiniz məhsulların aid olduğu geyim markası məhsulu Morex.az-ın xarici anbarına çatdırır. Məhsul xarici anbarımıza çatdığı andan etibarən Morex.az saytında, sizin şəxsi hesabınızda görünür. Məhsulların harda olduğunu, xarici anbarımızdan nə vaxt yola düşdüyünü, nə vaxt çatdığını, qısaca karqonun harda olduğuna nəzarət edə bilərsiniz. Bu məhsullar ümumi əməliyyatları nəzərə aldıqda Türkiyədən Azərbaycana karqo vasitəsi ilə 7 – 14 gün ərzində çatdırılır. Amma bir şeyi də gözdən qaçırmaq olmaz ki, Morex.az karqo şirkəti digər Karqo şirkətlərindən çatdırılma vaxtına görə nisbətən daha sürətli çatdırılma edir. Məhsul Türkiyədən Azərbaycana çatdıqdan sonra Trendyoldan sifariş etdiyiniz məhsulların qeyd olunmuş çəkisinə görə Morex.az şirkətinə ödəniş edirsiniz. Sifariş etdiyiniz məhsullar ay ərzində 300 dolları keçdikdə, gömrük rüsumu olaraq da əlavə ödəniş etməyiniz tələb olunur. Karqonuz Azərbaycana çatdıqdan sonra Morex.az saytında göstərilir və bununla yanaşı məhsulların ayrı-ayrılıqda çəkisinə görə ödəyəcəyiniz məbləğ qeyd olunur. Karqodan məhsullarınızı Morex.az şirkətinin ofis anbarına yaxınlaşaraq və yaxud evinizdə kuryer vasitəsi ilə əldə edə bilərsiniz. Karqonuzu əldə etmək üçün sadəcə Morex.az saytında qeyd olunmuş şəxsi müştəri kodunuzu ofis işçimizə bildirməyiniz kifayətdir.  Morex.az -la artıq arzuladığınız uzaqda deyil.

Oxşar xəbərlər